Novruz – insan və təbiəti birləşdirən halqa

21:22 17.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bir daha Novruz küləyi mənqətədə əsməyə başlayıb. Bahar və həyat ətri Novruz sahibi olan ölkələrin hər yerini bürüyüb. Təbiət aləmi yenidən dirçəlir və qışdan sonra onlara şadlıq və həyat qayıdır. Bu həyatın yenilənməsi bu yerlərə yeni həyat ümidi bağışlayır".


Hafta.az-ın yazdığına görə, bu sözlər İranın ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcanın qələmə aldığı məqalədə deyilir. Qeyd edilir ki, insanlar Novruzu və baharı görməklə axirəti xatırlayırlar, necə ki, öldükdən sonra yenidən dirilirlər. Bu Novruzun bərəkətlərindəndir ki, mənəviyyat və aqibəti düşünməni özü ilə gətirir. Novruz İran və İran sivilizasiyası ölkələrinin müştərək mədəniyyətinin (Əfqanıstan, Pakistan və Hindistanın bir hissəsi, Sinkyank Kyank, Mərkəzi Asiya, Qafqaz və hətta bəzi ərəb ölkələri) əsas hissələrindəndir ki, min illər boyu onu əziz tutub və o, bu millətlərin vəhdət nöqtəsi olub.


"Bu qədim bayramda mənəvi adətlər, o cümlədən müxtəlif mərasimlər keçirilir. Novruzda fars, kürd, türk, bəluç, özbək, talış, rus və bəzi ərəb ölkələri birləşir və bu coğrafiyada yaşayanların sayı hazırda 300 milyon nəfərə çatır" deyilən məqalədə bildirilir ki, Novruz, bayramın qeyd olunduğu ölkələrin sivilizasiya, tarix və mədəniyyətlərinin digər dünya xalqlarına çatdırılması üçün mühüm amildir.


"İran tarixində olan dostluq, məhəbbət, şadlıq, qardaşlıq mədəniyyəti Novruz vasitəsilə digər xalqlara ötürülür. Novruzun uzun illərdən bəri olan mesajı sülh, məhəbbət, eşq, yaxınlarına baş çəkmək, dostluq, paklıq, təmizlik olub. Elə buna görə də İslam dini bu adəti təsdiqləyərək doğru olduğunu bildirib. Novruzun daimi qalmasının səbəblərindən biri də məhz budur".


Ə.Purmərcan qeyd edir ki, Novruz insanları rəhmətə və insanlığa dəvət edir, adətlərin möhkəmlənməsinə, insanlar arasında əlaqə qurmasına kömək göstərir. Çünki onun kökü insan hissiyatındadır və qohumlar arasında birlik ruhunu oyadır. Bir çox insanlar müxtəlif ixtilaflardan sonra Novruzda barışırlar. Bundan öncə söhbət etməyə belə hazır deyildilər. Bu qədimdən qalan və insanlar arasında qardaşlıq yaradan bir adətdir. Bu bayram birlikdə olmaq fürsəti, ibrət almaq, dəyərləri qorumaq, mədəni və təbii miras, təbiətə və özünə diqqətdir. Novruzun əsas mesajı birləşdirməkdir.


"Baxmayaraq ki, tarix boyunca millətlərin siyasi coğrafiyasının dəyişməsilə bölünmələr baş verib, lakin Novruz kimi adət-ənənə və mədəniyyətləri onların pak fitrətlərndən götürülüb və bu hələ də öz yerindədir. Bu, millətlər arasındakı bağlılığı göstərir. Keçən illər ərzində Novruz adətləri digər millətlərə getmiş və insanın pak fitrətindən götürüldüyünə görə onların qəlbində özünə yer tutmuşdur. Onlar bu adətlər ilə tanış olmuş və onlardan bəhrələniblər. Beləliklə, Novruz süfrəsi özəl bir süfrədir və onun İranın qədim süfrəsi ilə ortaq cəhətləri var. Novruz bəzi Avropa ölkələrində, hətta Birləşmiş Millətlər Təşkilatında da bayram kimi qeyd olunur", - yazır Ə.Purmərcan.


Müəllif qeyd edir ki, bu bayramı keçirən xalqlar arasında Novruz mədəniyyəti tanınıb və onlar bununla fəxr edirlər. Görəsən bu adətlər həmin xalqlar arasında necə birliyə səbəb ola bilər? Cəbab Purmərcan ümumi və mədəni diplomatiya çərçivəsində verilən bu suala cavab olaraq bir neçə məqamı qeyd edir:
1. Novruzu indiki və gələcək nəsillərə tanıtmaq Novruz mədəniyyəti olan ölkələrin xalqları və dövlətləri üçün qaçılmaz bir zərurətdir. Bunu gənclərə və yeniyetmələrə öyrətmək yolu ilə mümkündür. Nəzərə almaq lazımdır ki, heç bir mədəniyyət yerində dayanmır və onları qeydə almaq lazımdır. Novruzun UNESCO siyahısına salınması müxtəlif nəsillər arasında bağlılıq yaratmaq və həmçinin, adətləri qorumaqdır.
Novruzun mesajlarını ötürmək nəsillər arasındakı dialoqdur. Novruzun sülh və təbiəti qorumaq mesajı minillər boyu davam edib və bugünkü cəmiyyətin ona daha çox ehtiyacı var. Bu ölkələrin elm və siyasi mərkəzləri bu mövzularla bağlı işlələr görə bilərlər. Buna görə xüsusi layihəyə ehtiyac yoxdur, sadəcə il boyu bu mövzu müxtəlif mərkəzlərdə müzakirə edilər bilər.
Mühit və mədəniyyətlərə əsasən adət-ənənələrin çoxluğu və Novruzun mənəvi mesajları İran sivilizasiyası və Novruz qeyd olunan ölkələrin mədəniyyətində çox əhəmiyyətlidir. Türkmənistanda at çaparaq su üzərindən tullanmaq, Əfqanıstanda İmam Əli (ə) bayrağı qaldırmaq və ya dəvə sürmək, Azərbaycanda Novruz şeirləri və tapmacaları demək, digər adətlərin olması Novruzun müxtəlifliyini və eyni zamanda da vəhdətini gəstərir. Bu mədəniyyət və adət-ənənə müxtəlifliyinin dinlə heç bir təzadı yoxdur. Çünki Allah-taala Qurani-kərimin Hücurat surəsinin 13-cü ayəsində insanları millət və adət müxtəlifliyi ilə səsləyir, ancaq onların ən yaxşısının təqvalı olanlar olduğunu bəyan edir. Buna görə də Novruzun bu mesajı və adət-ənənələri gələcək nəsillərə çatdırılmalıdır.


2. Novruz UNESCO-da bir neçə millətin iştirakı ilə qeydə alınan il bayramıdır. İlk olaraq 7 ölkə (İran, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Pakistan və Türkiyə) bununla bağlı işə başlayıblar. Fevral ayının 7-si BMT də Novruz qətnaməsi qəbul edildi və Novruz beynəlxalq gün kimi dünya sülh mədəniyyətində qeydə alınaraq rəsmiləşdi. Əlbəttə daha sonralar bu ölkələrin sayı 12-yə çatdı və bu da region ölkələrinin Novruz mədəniyyətindəki böyük potensialının göstəricisidir.


3. Novruz region ölkəlrinin mədəniyyətlərini digər millətlərə tanıtmaqda mühüm rol oynaya bilər və buna görə də ölkələr ciddi addımlar atmalıdırlar.


4. Novruz mədəniyyəti iqtisadi əməkdaşlıqlara da müsbət təsir edir. Misal üçün ECO Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də İran və Azərbaycan iqtisadi əməkdaşlıq təşkilatı Novruzun vətəni kimi böyük rol oynaya bilərlər.


5. Mədəniyyət yumşaq gücdür və Novruz İranla Azərbaycanı tanıtmaq baxımından mühüm mədəni mexanizm ola bilər. Bu mədəni mexanizm iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıqlara təkan verə bilər. Beləliklə, Novruz mədəniyyəti mexanizmi dost ölkələrdə iqtisadi fəaliyyət üçün mühüm amil sayılmalıdır.


6. Novruz kimi qədim ayinlər regional əməkdaşlıq sahəsidir. Çünki Novruz regionda böyük potensiallar yarada bilər. Bəzi ölkələr artıq bu işə başlayıblar. İpək yolu insanları öz ətrafında toplamağa çalışıraq iqtisadi imkanlardan istifadə etməyə çalışırsa nə üçün Novruz olduğu ölkələr özləri üçün belə bir çərçivə qurmasınlar. Bilirik ki bu ölkələrdə böyük potensiallar mövcuddur. Bunlar Novruz ailəsinin içində olan mədəni və iqtisadi imkanlardır.


7. Qeyd etmək lazımdır ki, region ölkələrinin bu sahədəki ilkin fəaliyyətləri çox yaxşı olub və 2011-ci ildə Tehranda ilk beynəlxalq Novruz festivalı keçirilib. Tehran festivalın katibliyi kimi tanınıb və hər il bir ölkə bu festivala ev sahibliyi edir. Ümid edirik ki, bu qərar ciddi şəkildə həyata keçirilsin və regionun daha da yaxınlaşmasına səbəb olsun.


8. Novruz ölkələrinin mədəni kimliyi daha çox Novruz ayinlərinə bağlıdır. Necə ki, fars dilini qorumaq İran üçün, Azərbaycan dilini qorumaq Azərbaycan üçün, Urdu dilini qorumaq Hindistan və Pakistan üçün mühüm olduğu qədər də, Novruz ayinlərini qorumaq bütün bu ölkələr üçün tarixi və mədəni kimliyi qorumaq baxımından mühümdür.


9. Novruzun gözəl adətlərindən biri də yaxınlar arasında gediş gəlişdir və bu adət bu gün də davam edir. Bundan əlavə İranda və bəzi ölkələrdə insanlar bir ya iki həftə Novruz tətilinə gedir və digər şəhərlərin adət ənənəsi ilə tanış olurlar. Bir neçə il öncə bu səfərlər beynəlxalq şəkil almışdı. Region ölkələri bu gediş gəlişləri gücləndirməklə Noruz ölkələri arasında turizmin inkişafına kömək edə bilərlər. İran, Türkiyə və Azərbaycan arasında qarşılıqlı səfərlər turizmi gücləndirə və bir-birinin adətləri ilə daha da yaxından tanış olmalarına səbəb ola bilər. Region xalqları bu səfərlər nəticəsində gəlir əldə edə, bu da Novruzun bərəkətlərindən sayıla bilər.


"Sonda qeyd etmək lazımdır ki, Novruz gözəllik və yaxşılıqlar ilə doludur. Qaranlıq və pisliyin Novruzda heç bir mənası yoxdur. Buna görə də daha çox çalışıb Novruzun nur və işığını yaymalı, pislik və qaranlıqlardan çəkinməliyik. Çalışıb Novruz adət-ənənələrimiz qorumalıyıq. Ümid edirəm ki, elə bir gün olacaq ki, Novruz qeyd olunan ölkələr Novruz mədəniyyət ittifaqı yaratmaqla bir-birinin ətrafında toplaşacaq və əlaqələrin hər sahədə genişlənməsini əldə edəcəklər. İnşallah.
Hər gününüz Novruz olsun", - yazır Ə.Purmərcan.