Novxanıda ev yanıb

15:19 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Novxanı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və digər otaqda 1 ədəd dolab 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.