Oğul atasının evini qarət etdi

12:53 03.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda oğul atasının evini qarət edib.

Daxili işlər nazirliyindən hafta.az-a verilən məlumata görə, Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.

Araşdırma aparılır.