Oğurlanan iki yaşlı uşaq tapılıb

19:41 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru polis mayoru Anar Qafarovun hafta.az-a verdiyi məlumata görə, onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.