Oğuzda 500 abonentin qaz təchizatı dayanıb

16:25 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.

“Azəriqaz” İstehsalat Birliyindən hafta.az-a verilən məlumata görə, nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qaz təchizatının bərba edilməsi istiqamətində iş aparılır.