Onlar AMEA Rəyasət Heyətinin üzvlüyündən azad olunub

16:34 01.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.

Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.

Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.

Rəyasət Heyətinin digər qərarları ilə Geologiya və Geofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Rauf Muradov dissertanturadan, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Mirfatimə Əhmədova isə doktoranturadan öz xahişləri əsasında azad olunublar.