Ordumuzun mövqeləri atəşə tutulub

21:16 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Siyasət rubrikasından digər xəbərlər