Ötən il 59 dərman vasitəsi satışdan çıxarılıb

16:37 09.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il keçirilmiş nəzarət yoxlamaları nəticəsində sertifikatı olmayan 59 adda 90 qutu dərman vasitəsi satışdan çıxarılıb.

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, ölkəmizə idxal üçün təqdim edilmiş  31002 sayda dərman  vasitəsinin analizi aparılıb,  bunlardan 31.0 min ədədinə  müsbət, 6-na mənfi rəy verilib. 

2020-ci il ərzində 1.3 minə yaxın dərman vasitəsi  dövlət qeydiyyatına alınıb,  850 dərman vasitəsi  qeydiyyat və qeydiyyat proseduruna , 1.5 mindən çox dərman vasitəsi  ilkin ekspertizaya qəbul olunub. 

915 dərman vasitəsinin  qeydiyyat sənədlərində dəyişikliklır aparılıb, 1.4 min müsbət rəy verilib, 1.6 min içlik  vərəqəsəi və  2.7  min dərman vasitəsinin qablaşdırılması təsdiqlənib.

2020-ci ildə  2.5 min ədəd bioloji fəallığa malik qida əlavələrinin  nümunəsi azaliz edilib,  bunlardan 2.4 min adda  nümunənin  analizi  müsbət  nəticəli  olub, 150  adda nümunənin  analizi mənfi  nəticə ilə cavablandırılıb.