“Özbəkistan və Azərbaycan prezidentlərinin görüşü Niderland üçün siqnaldır” – İrina Birman

10:15 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun toplantısında iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərinin nəticələrini Niderlandın İNME nəşrinin sahibi İrina Birman şərh edib.

Hafta.az-ın Dunyo.info-ya istinadən yazdığına görə, xanım Birman öz şərhində bildirir ki, Niderlandın işgüzar dairələri üçün İpək Yolu dəhlizinin perspektivləri ilə bağlı daha bir siqnal Özbəkistan və Azərbaycan prezidentlərinin görüşü olub.

“Martın 1-2-də Şavkat Mirziyoyev Bakıda səfərdə olub. Qərbi Avropa ilə Mərkəzi Asiya arasında transsərhəd iqtisadi əlaqələrin iştirakçıları üçün bu səfər Özbəkistanın Avropa - Mərkəzi Asiya logistika zəncirində aktivləşməsi deməkdir. Qeyd etmək lazımdır ki, ölkənin coğrafi mövqeyi unikaldır. Yalnız iki dövlət dəniz kommunikasiyalarına çıxışdan iki dəfə uzaqdır - Özbəkistan və Lüksemburq” deyən İ.Birman qeyd edib ki, pandemiya və geosiyasi faciələrlə bağlı son hadisələr Yer planetinin çox kiçik olduğunu göstərir.

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Bakıda keçirilən sammitində çıxışı zamanı səsləndirdiyi “Artan ərzaq, su və enerji resurslarının qıtlığı ölkələrmizin sosial-iqtisadi sistemləri üçün ciddi sınaqa çevrilir. Təəssüf ki, belə çətin şəraitdə bu mənfi təsirin əsas yükü məhz inkişaf etməkdə olan dövlətlərin üzərinə düşür” fikrini sitat gətirən İ.Birman bildirib ki, Özbəkistanla Azərbaycan arasında tərəfdaşlıq Rotterdam limanı vasitəsilə Özbəkistandan Xəzər dənizinə və daha sonra Şimal dənizinə alternativ nəqliyyat dəhlizinin yaradılması üçün yeni perspektivlər açır.

Siyasət rubrikasından digər xəbərlər