Özbəkistan zəlzələdən zərərçəkmişlərə daha 170 ton yardım göndərdi

09:45 14.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan hökuməti "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin qurbanlarına dəstək məqsədilə başlatdığı yardım kampaniyası çərçivəsində zəlzələdən zərər çəkənlərə 170 ton humanitar yardım göndərildiyini bildirilib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin Daşkənddəki səfirliyindən verilən açıqlamada, səfirliyin koordinasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatasının “Gənclik Bizim Gələcəyimizdir” Vəqfi, Özbəkistan - Türkiyə İş Adamları Dərnəyi (UTİD), Xarici İqtisadiyyat Əlaqələr Şurası (DEİK) Türkiyə - Özbəkistan İş Şurası, Müstəqil Sənayeçi və İşadamları Dərnəyi MÜSİAD-ın Özbəkistan şöbəsi və ölkədəki qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində ölkə daxilində başladılan yardım kampaniyasının davam etdiyi qeyd edilib.

Açıqlamada, sözügedən yardım kampaniyası çərçivəsində ölkə daxilində 170 ton humanitar yardımın toplanaraq Türkiyənin zəlzələdən zərər çəkmiş müxtəlif bölgələrinə göndərildiyi bildirilib. Yardıma müxtəlif zəruri məhsullar, o cümlədən 45 ton dərman və tibbi ləvazimat, 8 ton ərzaq, 90 ton geyim, ayaqqabı, yorğan, yataq kdəstləri, uşaq bezləri, təmizlik və gigiyena materialları, 130 generator, 700 elektrik sobası və sair aiddir.

Açıqlamada zəlzələ qurbanlarına göndərilən yardım məhsullarının 6 yük təyyarəsi və 7 TIR-la Türkiyənin müxtəlif bölgələrinə çatdırıldığı, Özbəkistan vətəndaşlarına isə nağd yardımın davam etdiyi bildirilib.

İstanbulda yerləşən Özbəkistan Mədəniyyət, Araşdırma və Həmrəylik Dərnəyinin könüllüləri və Özbəkistandan olan 100 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işləri ilə məşğuldurlar, eyni zamanda özbək aşpazlar təbii fəlakət bölgəsində 5 min nəfərə gündə 2 dəfə yemək paylayır, 71 özbəkistanlı isə qurduqları səhra xəstəxanasında çalışırlar.

Siyasət rubrikasından digər xəbərlər