Sosial şəbəkələrdə “İnci” laboratoriyası, “Referans” klinikası,“Memorial Klinik”, “Baku Medical Plaza”, “Caspian İnternational Hospital” və Bakı Sağlamlıq Mərkəzində koronavirus test müayinələrinin aparılmasının dayandırılması ilə bağlı xəbərlər yayılıb.
Adı çəkilən klinika və laboratoriyalarda test müayinələrinin dayandırılması ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O, bu barədə məlumatının olmadığını və adları çəkilən yerlərdən məlumat almağı deyib.
Bəs testlərin yalnız dövlət xəxtəxanalarında aparılması kifayət edirmi?
Həkim terapeft Rasif Bağırov isə dedi ki, koronavirus testləri ayrı-ayrı ölkələrdə müxtəlif cür aparılır.
"Azərbaycanda bu testlər əsasən dövlət xəstəxanalarında aparılırdı. Bəzi özəl klinikalarda aparılması halları da olmuşdusa, onların çoxunda problemlər yarandı. Yəni testlərin düzgün aparılmadığı halları aşkar olundu. Bizdən fərqli olaraq bəzi ölkələr vardır ki, testlər həm ödənişli, həm də dövlət hesabına aparılır. Bizdə də ödənişli var idi. Bildiyim qədərilə Neftçilər xəstəxanasında və yaxın günlərdə özəl klinikalarda testlərin dayandırılması xəbərləri yayılıb. Nə qədər həqiqidir o haqda deyə bilmərəm. İnkişaf etmiş ölkələrdə - Amerika və Avropa ölkələrində yoxlanmaq üçün punktlar var. İstənilən adam gedir və yoxlanışdan keçir. Əhalini özləri cəlb edirlər. Çox interaktiv üsullarla bu proses həyata keçirlir. Amma Avropa ölkələrində həm də sığorta var, testlərdən ödənişsiz də keçə bilirlər. Azərbaycanda da bu təcrübə tətbiq olunmalıdır. Bizdə qəribə hiss var. Xəstəyə desən get, özünü yoxlatdır, çox pis hala düşür, qorxur. Onsuz da cavan adamlar koronavirus tutsa belə sağala bilirlər. Sadəcə müəyyən formada yayınırlar”