Pakistan ordusu jurnalistləri hədələdi: "İmran Xandan yazmayın!"

10:17 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İddialara görə, Pakistan ordusu ölkə mətbuatını keçmiş baş nazir İmran Xan haqqında məlumat verməmələri üçün hədələyib.

Haftaşaz-ın “The Intercept”ə istinadən yazdığına görə, Pakistan ordusu İmran Xanla bağlı toplantı keçirib və ölkə mediasının aparıcı nümayəndələrini də həmin tədbirə dəvət edib. Bildirilir ki, ordu Pakistan media rəhbərlərinə bu görüşdə İmran Xanla bağlı xəbərləri mətbuatda çox işıqlandırmamağı tapşırıb.

Qeyd edək ki, İmran Xanla bağlı xəbərlər cümə axşamına qədər xəbər agentliklərinin reytinqlərində və internet trafikində birinci yerdə idi.

Xanın rəhbərlik etdiyi Təhriki İnsaf (PTI) Pakistan ordusunun bu cəhdini İmran Xana qarşı senzura kimi qiymətləndirib.

İmran Xanın həbsindən sonra PTI liderinin tərəfdarları ilə ordu arasında gərginlik yaranıb.

Siyasət rubrikasından digər xəbərlər