Pakistanın XİN başçısından KİPR TÜRKLƏRİ MESAJI

16:40 17.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Sonuncu dəfə Nyu-Yorka BMT Baş Assambleyasının iclasları çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri ilə görüşmək imkanım oldu. Mən onların missiyasına gedərək bəzi məsələləri müzakirə etdim".

Hafta.az-ın yazdığına görə, bunu Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Nyu Yorkda AA müxbirinə deyib. XİN başçısı bildirib ki, Pakistan dövləti Şimali Kipr hökuməti ilə danışıqlara hər zamankı kimi açıqdır.

"Ötən il sədrlik etdiyim İslam Əməkdaşlıq Təşkilatında Şimali Kipr nümayəndəsi də çıxış etdi. Biz Kipr türkləri ilə əvvəldən olan əlaqələrimizi daha da genişləndirəcəyik və onları dəstəkləməyə davam edəcəyik”, - deyib cənab Bilaval Bhutto Zərdari.

Siyasət rubrikasından digər xəbərlər