Yazını böyüt
Yazını kiçilt
Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanda ticarətin həcmini xeyli artıracaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.
Xüsusilə, bu, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrə aiddir. Onun sözlərinə görə, Ermənistanla Aİİ-nin digər üzv ölkələri arasında Gürcüstandan keçən yalnız bir quru yolu var.
“Aydındır ki, imkanlar məhduddur. Buradan belə nəticə çıxır ki, Azərbaycan ərazisindən avtomobil və dəmir yolu marşrutlarının açılması Ermənistanla Aİİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edə biləcək”, - Paşinyan bildirib.