Paşinyan Ermənistanda azərbaycanlılarla birgəyaşayış məsələsinin təbliğinə başlayır?

10:31 25.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Uzun müddətdir ki, ölkədə formalaşmış ümumi vəziyyət fonunda hakimiyyətə (Paşinyan hökumətinə-S.L.) xidmət edən müəyyən dairələr bir növ təbliğat prosesi aparır, onu “gözəl” bağlamada təqdim edirlər. Xüsusilə, ilk baxışdan “zərərsiz” məzmun azərbaycanlılarla birgəyaşayışı təbliğ edir".

Hafta.az xəbər verir ki, Ermənistanın “Past” qəzeti belə yazır:

Nəşrin yazdığına görə, sözügedən dairələrə birgəyaşayış mövzusunu yenidən gündəmə gətirmək, üstəlik, insanların şüuraltına aqressiv üsullarla deyil, onların duyğuları və xatirələrinə təsir vasitələrini mümkün qədər işə salmaq tapşırılıb.

“Beləliklə, onilliklərin dərinliklərindən "qonşularla" əlaqələrimizi təqdim edəcək müxtəlif videolar və qısa hekayələrin nümayişi planlaşdırılır. Bütün bunların məqsədi guya “nostalji” fon yaratmaq və birgəyaşayış mümkünlüyü ideyasını tədricən inkişaf etdirməkdir. Və ilkin araşdırmalara görə artıq proses başlayıb" -deyə erməni qəzeti bildirir.

Oxunma sayı 65