Paşinyan Qarabağ ermənilərinə səsləndi - "BAŞQA YOLUNUZ YOXDUR, BAKININ..."

15:54 11.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Nikol Paşinyan bir gün əvvəl Artsax prezidenti Arayik Arutyunyanla görüşüb. Arayik Arutyunyan yaxınlarına Paşinyanla görüşün çətin olduğunu deyib.

Hafta.az bildirir ki, bu məlumatı “Hraparak” qəzeti yazır.

"Paşinyan Bakının mövqeyini təkrarlayıb. Ermənistanın baş naziri Arayikə deyib ki, Qarabağ Azərbaycana inteqrasiya etməli, burada yaşayan ermənilər azərbaycanlılarla dil tapmalı, yaşamalıdır. Başqa alternativ yoxdur və ya var - müharibə və ermənilərin qovulması.

O, əmin edib ki, beynəlxalq ictimaiyyət Qarabağa Azərbaycanın tərkibində müəyyən status vəd edib. Arayik Arutyunyan ağır əhval-ruhiyyə və təəssüratlarla Xankəndinə qayıdıb və yaxın çevrədə deyib ki, o, artıq prezidentlikdə qalmaq istəmir".

Siyasət rubrikasından digər xəbərlər