Peyvənd olunanların sayı açıqlanıb

17:13 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 440 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 129, üç və daha çox doza vaksin vurduranların sayı 165, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 34 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 921 061, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 465, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 726, üç və daha çox doza vaksin vurduranların sayı 3 391 043, pozitiv nəticədən sonra “Buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 827 təşkil edir.

Oxunma sayı 2852