Peyvənd olunanların sayı açıqlanıb

17:21 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 128 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 56 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 943 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 327, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 328 nəfər təşkil edir.

Oxunma sayı 100