Piyadanı avtomobil vurdu

12:42 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Məmmədov Orxan Rəhman oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.