Polis 49 nəfəri saxladı

16:38 28.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.