Polis əməkdaşları İsmayıllıda ictimai nəqliyyatda reyd keçiriblər

11:53 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a-a verilən məlumata görə, rayonda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi bildirilib. Avtobuslarda normadan artıq sərnişin daşıyan sürücülərə də ciddi xəbərdarlıq edilib.

Reyd zamanı qaydaları pozan səkkiz sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.