Polis itkin düşmüş 9 nəfəri tapdı

12:40 14.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də 31 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 11 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 9 nəfər tapılaraq ailəsinə təhvil verilib.