Polşanın PAP xəbər agentliyinin xəbərinə görə, ölkənin cənub-şərqindəki Rzeşov şəhərində legionella bakteriyasından ölənlərin sayı 3-ə yüksəlib.
Hafta.az-ın yazdığına görə, Podkarpackie Ağciyər Xəstəlikləri Mərkəzindən Andrzej Sroka qeyd edib ki, bakteriyaya yoluxmuş bir xəstə dünən kimyaterapiya xidmətində dünyasını dəyişib. Bundan əlavə, dünən səhər saatlarında həmin xəstəxananın allergiya xidmətinə yerləşdirilən və vəziyyəti ağır olan yaşlı xəstə də dünyasını ölüb.
Bildirilib ki, xərçəng xəstəliyindən müalicə olunan və immuniteti aşağı olan başqa bir şəxs də avqustun 22-də dünyasını dəyişib.
Səlahiyyətlilərin açıqlamasına görə, ölkədə legionella bakteriyasına görə xəstəxanaya yerləşdirilənlərin sayı 71-ə çatıb.
Yerli səhiyyə idarələri bakteriyaların mənbəyini tapmaq üçün araşdırmaya başlayıb və yoluxmuş insanların evlərindən su nümunələri götürülüb. Qripə bənzər simptomlarla başlayan xəstəlik sonra pnevmoniyaya keçir.
Legioner xəstəliyi müalicə edilmədikdə ölümlə nəticələnə, tənəffüs çatışmazlığı və çoxlu orqan çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər.
Legionella bakteriyası daha az dezinfeksiya edilən binalarda və otel, yataqxana, xəstəxana kimi bir çox insanın istifadə etdiyi binalarda görülür.