Portuqaliyanın baş naziri Ukraynaya qırıcıların verilməsində “qırmızı xətlər” görmür

17:29 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyanın baş naziri Antonio Kosta ölkəsinin Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsində “qırmızı xətlərin” olmadığını bildirib. Eyni zamanda, CNN-in məlumatına görə, o, əlavə edib ki, Lissabonun Kiyevə döyüş təyyarələri göndərmək imkanı yoxdur.

Avropa Şurasının xüsusi iclasında iştirak etmək üçün gəldiyi Brüsseldə müxbirin döyüş təyyarələrinin tədarükü ilə bağlı sualını cavablandıran Kosta, "Bu, qırmızı xətt deyil" deyil.