Prezident İlham Əliyev: Bəyannamədə göstərilən bütün müddəalar gələcək işbirliyimizin təminatçısıdır

18:26 15.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.

Bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib:

"Bu günün imzalanan bəyannəmənin adı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır".