Prezident İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

16:45 22.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı məktubu göndərib.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Emoməli Şərifoviç,

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Siyasət rubrikasından digər xəbərlər