Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram - Ehud Olmert

15:16 11.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mən şəxsən Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram.

Trend-in məlumatına görə, bu barədə X Qlobal Bakı Forumunda iştirak edən İsrailin keçmiş baş naziri Ehud Olmert bu gün jurnalistlərə deyib.

"Azərbaycanın Prezident İlham Əliyev kimi görkəmli lideri var və mən ona heyranlıq duyuruam. Azərbaycan Ordusu ölkənin ləyaqəti və bütövlüyü uğrunda mübarizəsində öz qüdrətini nümayiş etdirdi", - o deyib.

Olmert Azərbaycanın güclü dostları olduğunu və İsrailin onların sırasına daxil olduğunu əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Siyasət rubrikasından digər xəbərlər