Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib.
Hafta.az-ın yazdığına görə, qəbulda Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəsəbə sakinlərdən 6 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovun digər qəsəbələrdə də əhali ilə görüşləri davam etdiriləcək.