Rusiya prezidenti Vladimir Putin vaxt limitini tükətdi və həm də Ukraynaya hücum edərək həyatının ən böyük səhvini etdi.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ifadə edib.
"Onun 20 il ərzində hazırladığı və başlanğıcda uğursuz olduğu məsələni bir, iki və ya üç ilə də düzəltmək mümkün deyil. O, həyatının ən vacib qərarında səhv etdi - Ukraynaya hücum etdi. Bundan sonra o, dünyanın ən nüfuzlu adamı pilləsindən düşdü və Haaqa Tribunalının şübhəli cinayətkarı statusuna qədər endı”, -deyə Danilov vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibədə zaman dəyərlərə qiymət verənlərin, qorxmayanların və geri çəkilməyənlərin tərəfində oynayır. Digər amillər, onun fikrincə, ikinci dərəcəli əhəmiyyət kəsb edir. Zamanın guya Rusiya Federasiyasının tərəfində oynaması ilə bağlı bütün söhbətlərin heç bir dəyəri yoxdur.