Putin təxribatçı ermənipərəst jurnalist Peqovu “Şücaət” ordeni ilə təltif etdi

19:48 24.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin hərbi müxbir sayılan, 44 günlük Qarabağ savaşı boyu və sonra Azərbaycana qarşı təxribatçı reportajlarıyla yadda qalan Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Hafta.az  xəbər verir ki,  “TASS” bu haqda Kremlin rəsmi saytına istinadla yaydığı məlumatda belə deyilir.

“Peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə prezident jurnalist, hərbi müxbir Semyon Peqovu “Şücaət” ordeni ilə təltif edib”, - mətbuat xidməti xəbər verir.

  "WarGonzo" telegram-layihəsinin yaradıcısı olan S. Pegov oktyabrın sonunda Uktaynanın Donetsk şəhəri yaxınlığında işğalçı Rusiya ordusunun xeyrinə təxribatçı jurnalist  fəaıliyyəti ilə məşğul olarkən minaya düşərək orta dərəcəli zədə alıb. O,  əməliyyat olunduqdan sonra yenidən təxribatçılıq işinə qayıdıb.

Oxunma sayı 1440
Siyasət rubrikasından digər xəbərlər