Putinin yeni dublyoru peyda oldu

16:31 28.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Psixologiya üzrə fəlsəfə doktoru Dmitri Popov hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin əslən Belarusdan olan yeni dublyoru meydana çıxıb.

Hafta.az “TSN”-ə istinadla  xəbər verir ki, psixoloq bu fikri  “Freedom” efirində səsləndirib.

"Mənə bu haqda bir adam məlumat verdi. Sonra Putinin yeni oxşarının kimliyi haqda kiçik araşdırma apardım… O, həqiqətən Qrodno sakinidir. Bunları mənə danışan adam Putinə çox bənzəyən şəxsin iki il əvvələdək Qrodno şəhərinin rayonlarından birində hakim işlədiyini söylədi. İki il öncə isə o, elə yoxa çıxıb ki, indi heç kim tapa bilmir... Qəribədir ki, bu yaxınlarda Putinin “səyahətçi” adlandırdığım dublyoru peyda oldu.O, Krımda, Mariupolda, Luqanskda, sonra Dağıstanda da olub. Burada camaatı öpüb, qardaşlaşıb, qucaqlaşıb”.

Popov deyir ki, ona həmin hakimin fotosu göndərilib; ölçü aparıb, çox güman ki, onun Putinin dublyoru olduğunu təsdiqləyir.

"Qəribədir ki, əsil Putindlə bütün həndəsəsi çox oxşardır. Mən deyə bilmərəm ki, bu, eyni şəxsdir, amma həqiqətən iki il əvvəl yoxa çıxan Qrodno hakiminin kəllə sümüyünün və yeni ortaya çıxan Putin dublyorunun kəlləsinin geometriyası eynidir. Üstəlik, rusların dubyor “səyahətçi”yə heç yazığı gəlmir. O, yavaş hərəkət edən və asanlıqla zədələnən hava hücumundan müdafiə sistemi olan “Mi-8” helikopterinə yerləşdirilir. Bu helikopter Ukrayna ilə toqquşma xəttindən 100 km məsafədə uçur. Onu zirehli olmayan “Land Cruiser Prado”ya mindiririlər. Ondan karantindən keçməyən tamamilə fərqli insanlarla qardaşlaşmaq, qucaqlaşmaq, öpmək istənilir”, - deyə psixoloq bildirib.