QİÇS xəstələrinin sayı artır - CAR 1-Cİ YERDƏDİR

13:49 05.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada QİÇS xəstəliyinin daha yayğın olduğu ölkələrin adları bəlli olub.

Hafta.az-ın yazdığına görə, 2021-ci ildə aşkar edilmiş 1,5 milyon QİÇS faktının 3,9 faizi Rusiyada qeydə alınıb. Amma Rusiya siyahıda ilk pillədə deyil. QİÇS-li xəstələrin sayına görə, Cənubi Afrika Respublikası (CAR) dünyada ilk yerdədir. Bu ölkədə dünyada möcud olan QİÇS xəstələrinin 14 faizi yaşayır. İkinici sırada Mozambik (6,5 faiz), üçüncüdə Nigeriya (4,9 faiz), dördüncü pillədə Hindistandan (4,2 faiz) qərar tutub. Rusiya isə siyahıda 5-ci yerdədir.

Rusiyadan sonra siyahını Tanzaniya 3,6, Uqanda 3,6, Zambiya 2,5 və Keniya 2,3 faizlə davam etdirir. 

Rusiya hakimiyyət orqanlarının məlumatına görə, bu günədək Rusiya vətəndaşlarının 1 faizində (1,5 milyon nəfər) QİÇS aşkarlanıb. Məlumatda o da qeyd olunur ki, 2030-cu ilə qədər Rusiyada QİÇS faktının artacağı gözlənilir.

Qeyd edək ki, bu xəstəlik ən çox 15-49 yaş qrupunda olanlar arasında yayılıb. 

Oxunma sayı 1814