Yazını böyüt
Yazını kiçilt
QİÇS xəstələrinə daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında rast gəlinir.
Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.
O qeyd edib ki, yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir:
"Bölgələrdə xəstəliyin aşkar edilməsi üçün labaratoriyalarımız mövcuddur. Xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".