Qablaşdırılmış suya təlabat niyə artır? - Cavab

12:46 24.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxtla yanaşı bölgələrdə də içməli suyu bir çox vətəndaşlar qablaşdırılmış şəkildə alırlar. Səbəb kimi isə dövlətin verdiyi suyun keyfiyyətinin qaneedici səviyyədə olmaması ilə əsaslandırırlar. Bununla bağı sosial şəbəkələrdə də ciddi müzakirələr gedir. 

Mövzu ilə bağlı hafta.az-a danışan ekoloq Telman Zeynalov da dedi ki, belə problem Bakı ilə yanaşı, bölgələrdə də mövcuddur, bu isə kommersiya məqsədli şirkətlər üçün yol açır”.

“Biz kommersantlara imkan veririk ki, suyu qablaşdırıb bizə satsınlar. Əslində onların da tərkibi təmiz deyil. O sular krantdan gələn su ilə eyni tərkibdədir. Yəni içməli su problemi bu gün Azərbaycanən ən böyük problemlərindən biridir. İçməli suya görə, Ermənistan və Gürcüstan dan geri qalırıq. Bu gələcəkdə daha böyük faciə deməkdir. Yəni qrunt suları da getdikcə azalır. Yerüstü suların təmizlənməsi lazımdır. Ancaq bir çox hallarda görürük ki, bizə verilən sular da kifayət qədər standartlara cavab vermir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə sosial şəbəkələrdə suyun keyfiyyəti ilə müzakirə olunan iddialara cavab olaraq bildirdi ki, bəzi adamlar qablaşdırılmış suya üstünlük verirlər, amma, bu onların seçimdir:

“Azərsu”nun verdiyi su isə standartlara cavab verir. Bakıya verdiyimiz – Kür, Oğuz-Qəbələ, Ceyranbatan suyu daim nəzarətdədir. Emalçı, istehsalı təşkilat kimi biz, eyni zamanda suyun keyfiyyətinə görə dövlət nəzarətini keçirən Səhiyyə Nazirliyi, Gigiyena və Epidomologiya Mərkəzi tərəfindən daim yoxlanışlar, ekspertizalar aparılır. Bəzi hallarda qəza baş verə bilər. Suyun bulanıqlı olması onun keyfiyyəti demək deyil. Suyun fiziki göstəricilərinə aid olan bir şeydir. Olsa belə tez bir zamanda düzəlir. Bu da qəza ilə və ya başqa halla yarana bilər”.