Yazını böyüt
Yazını kiçilt
Dünya ali təhsil sistemində hər zaman oğlan tələbələrin sayı qızlara nisbətdə daha çox olub. Bəs bu gün vəziyyət necədir?
Hafta.az-ın yazdığına görə, hazırda bir sıra inkişaf etmiş ölkələrdə universitet və kolleclərdə təhsil alan qız tələbələrin sayı oğlanların sayını ötməkdədir. Universitetlərində qadın tələbələrin ən çox təhsil aldığı ilk on ölkə aşağıdakılardır:
1.Kanadada 68 faiz, Rusiyada 63 faiz, İrlandiyada 58 faiz, Yaponiyada 57 faiz, Avstraliyada 55 faiz, İsraildə 55 faiz, ABŞ-da 54 faiz, İsveçdə 54 faiz, Norveçdə 53 faiz, Litvada 52 faiz.