Qanunsuz ov edən xarici ölkə vətəndaşı cəzalandırılıb

15:25 23.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov hafta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Alrasheedi olduğu müəyyən edilib.

Faktla əlaqədar təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.