Xankəndidəki separatçı rejimin rəhbərliyi arasında çəkişmələr özünün kuliminasiya nöqtəsinə çatıb.
Hafta.az erməni mediasına istinadla bildirir ki, separatçı rejimin "baş prokuroru" Qurgen Nersisyan "dövlət naziri" vəzifəsini tutmaq təklifi alıb. O, bu barədə MediaHub-a müsahibəsində bildirib.
“Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”, - Nersisyan bildirib.
Mətbuata görə, bəziləri Qurgen Nersisyanın adını Soros çevrələri ilə bağlayır, onun tərcümeyi-halında 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına kimi insan haqları fəaliyyətinə işarə edir. Bəziləri onun Daniel İoannisyanla isti münasibətini, Nikol Paşinyanın da Nersisyanın təyinatını bəyənməsi kontekstində qeyd edirlər.
“Soros adamları müştəriləri ilə birlikdə belə saxta xəbərlər yayırlar. Ancaq yaxşı ki, palçıq tökmək üçün başqa səbəblər tapmadan icad etməyə başlayırlar. İndi dəbdədir: başqa heç nə tapılmırsa, o zaman deyirlər ki, filan adam Sorosçudur”, - o əlavə edib.
Qeyd edək ki, hazırda separatçıların "dövlət naziri" postunu Ruben Vardanyan tutur. Fevralın 23-də onun bu "vəzifədən" uzaqlaşdırılacağı ilə bağlı açıqlama yayılacağı bildirilir.