Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir - Kamran Əliyev

14:58 08.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağa qanunsuz səfərlərin təşkili yolverilməzdir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.

Baş prokuror görüşdə Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.

Oxunma sayı 1509