Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq“ qızıl və “Dəmirli“ mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır.
Hafta.az xəbər verir ki, yataqların qanunsuz istismarını həyata keçirən “Base Metal“ şirkəti mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.