Qarabağdan hansı Rusiya vətəndaşları təxliyə olunur?

11:09 20.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağda olan Rusiya Federasiyası vətəndaşlarının təxliyəsi həyata keçirilib. Bu barədə Rusiya sülhməramlı kontingentindən məlumat verilib və faktı təsdiqləyən videomateriallar da yayılıb. Bildirilir ki, ümumilikdə 47 Rusiya vətəndaşı Azərbaycan ərazilərindən çıxarılıb. Onlardan səkkizi uşaqdır.

Hansı Rusiya vətəndaşından söz gedir və təxliyənin səbəbi nə ola bilər?

Politoloq Asif Əsgərli hafta.az-a açıqlamasında  “təxliyə olunan Rusiya vətəndaşları"- dedikdə həmin şəxslərin böyük ehtimalla rus sülhməramlı kontingentində  yer alan mühəndis qrupu, yaxud onların ailə üzvlərinin olmasını  mümkün hesab edib.

"Rus sülhməramlılarının ailələri  Xankəndi və Xocalıda dislokasiya bölgələrində yerləşiblər. Bu təxliyə yerdəyişmə-rotasiya ilə bağlıdır".

 A.Əsgərli hesab edir ki, bu təxliyə heç də bir qədər əvvəl Qarabağda vətəndaşlarımıza "Rusiya pasportların paylanması",  “Rus Mədəniyyət Mərkəzinin”, “rus icması”nın yaradılması ilə əlaqəli olan məsələ deyil.

“Nəzərə alsaq ki, Qarabağda rus şirkətləri, çalışanları yoxdur, o zaman çıxarılanlar vaxtilə Xankəndində məskunlaşan bir neçə mənşəli insanlar ola bilərlər. Onlar yaşlı rus qadınları idi. Onlar vaxtilə ermənilərlə ailə quran insanlardır.  Bütün hallarda təxliyə rus hərbçi ailələri ilə bağlı ola bilər".

Siyasət rubrikasından digər xəbərlər