Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarının nümayəndələri (“Sağlam xidmət” İB sədr müavini, həkim Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyəti – Mətanət Qaraxanova “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru) tərəfindən Rayonun Puta qəsəbəsindəki 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhali arasında döş qəfəsinin rentgen müayinəsi təşkil olunub.
Hafta.az-ın yazdığına görə, tədbirdə Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri Niyaz Eyvazov iştirak edib. Müayinə Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilib. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kiloqram olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasındadır.

Müayinəyə Qaradağ rayonu Qızıldaş və Korgöz qəsəbələrinin sakinləri də cəlb olunublar. Skrininq müayinədə iştirak edən 51 nəfərdən 5-nin ağciyərində dəyişiklər müəyyən edilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar yerli terapevt və ya ftiziator müayinəsinə yönləndiriliblər.
Qaradağ rayonunun digər ucqar qəsəbələrində də analoji aksiyaların keçirilməsi nəzərdə tutulub.
Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılovaya, Qaradağ Rayon 9 saylı BŞX baş həkimi Sərvinaz Tarıverdiyevaya və işçi heyətinə təşəkkürl ediblər.