Qaradağda avtobus drenaj xəttinə düşüb

14:00 23.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a bildirilib ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. BNA tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.