Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib

11:16 02.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib.

Hafta.az xəbər verir ki, Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib. Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Bu dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.