Qərbi Azərbaycan İcması Ana harayı abidəsini ziyarət edib

15:02 26.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ana Harayı abidəsini ziyarət ediblər.

Hafta.az xəbər verir ki, İcmanın rəhbər heyəti və üzvlər abidənin qarşısına güllər düzərək Ermənistan tərəfindən törədilmiş bu dəhşətli soyqırımında həyatını itirənlərin xatirələrini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.