Qərbi Azərbaycana qayıdışla bağlı müzakirələr aparılıb

10:52 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

 

Bu barədə hafta.az-a Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

 

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb. İcmanın İdarə Heyətinin bugünkü iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

Oxunma sayı 62