Hindistanın Tamil Nadu ştatının Çennay şəhərində 27 yaşlı qız keçmiş sevgilisini zorla ərə getmək üçün qaçırıb. Bu barədə “DT Next” məlumat yayıb.
Soundarya adlı qız 31 yaşlı Partibanla bir neçə il münasibətdə olub. 2022-ci ilin sonunda ayrılıblar. Ayrılıqdan sonra Partiban Soundaryadan əvvəl tanış olduğu keçmiş sevgilisi ilə görüşüb və tezliklə onunla evlənib.
Keçmiş sevgilisinin toyundan xəbər tutan qız qəzəblənib və onu qaçırmaq qərarına gəlib. O, anası, əmisi oğlu və əmisi ilə birlikdə Partibanı yaşadığı mənzildə pusquya salıb və zorla maşına mindirib. Hadisənin şahidi olan kişinin anası Soundaryanın və yaxınlarının yolunu kəsməyə çalışsa da, onlar ona hücum etməyə başlayıblar. Daha sonra qadın geri çəkilərək polisə müraciət edib.
Bu zaman Partiban məbədə gətirilib və burada ona Soundarya manqalsutra taxmağa məcbur edilib - hindu adətinə görə kürəkənin toyda gəlinə verdiyi boyunbağı. Bir müddət sonra polis nəzarət kameraları vasitəsilə qaçıranların izinə düşən şəxsə kömək etmək üçün gəlib. Soundarya və onun qohumları saxlanılıb. Əlavə araşdırma aparılır.