Moskva Ali İqtisadiyyat Məktəbinin yeni araşdırması ölkədəki şəhərləri “mədəni kapitalına görə” sıralayıb.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, qeyri-rəsmi mədəniyyət paytaxtı sayılan Sankt-Peterbur siyahıda 13-cü, dövlətin siyasi paytaxtı olan Moskva isə 28-ci yerdədir.
Siyahıdakı ilk 10 şəhər isə bunlardır - Petrozavodsk, Belqorod, Tomsk, Arxangelsk, Vologda, Saransk, Yakutsk, Kalininqrad, Yekaterinburq və İrkutsk.
Tədqiqat müəllifləri qeyd edir ki, şəhərlərdə mədəni infrastrukturun mürəkkəbliyi ilə yanaşı, şəhər sakinlərinin ondan nə dərəcədə həvəslə və tez-tez istifadə etməsini də nəzərə alırlar. Məsələn, Moskvada mədəniyyət və incəsənət tədbirlərinə çıxış həddən artıq yüksək olsa da, mütəmadi olaraq bu tədbirləri ziyarət edən sakinlərin sayı nisbətən azdır.