Yazını böyüt
Yazını kiçilt
“Bir çox problemlər ondan qaynaqlanır ki, bizdə polislərin tədrisi qavraması aşağıdır. Polislərə də kollec yaradılmalıdır və onlar orada kurs keçməlidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, polis olmaq istəyənlər testlə qəbul olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”.
Deputat eyni zamanda polislərin maaşlarının aşağı olmasını dilə gətirərək polislərin maaşlarının artırılmasını təklif edib.