Qunduzlar Britaniyanın Şimali Yorkşir ştatının Pikerinq şəhərini son üç ildə ölkədə ən böyük bənd tikərək qasırğaların səbəb ola biləcəyi daşqından xilas ediblər. Bu barədə “Daily Star” məlumat yayıb.
7000 əhalisi olan Pikerinq uzun illərdir ki, şəhərin şimalındakı dağlıq ərazilərdən gələn şiddətli su səbəbindən daşqınlardan əziyyət çəkirdi. Ətraf Mühitin Mühafizəsi Agentliyi bahalı daşqınlardan qorunma sistemi qurmağa imkan verə bilməyəcəyini söyləyib. Bundan sonra qunduz ailəsi şəhərə yaxın çay kənarındakı meşədə məskunlaşıb.
Üç il ərzində qunduzlar şəhəri daşqınlardan qoruyan təbii sədd çəkdilər. “Onlar kündələrdən və çubuqlardan bənd tikdilər, çoxlu lil cücərib bəndi möhkəmləndirdi. İndi o, demək olar ki, 70 metr uzunluğundadır ki, bu da onu İngiltərədəki ən böyük qunduz bəndinə çevirir,” ekoloq Kat Bashforth izah edib.
Exeter Universitetinin tədqiqatçıları nəhəng bir bəndin artıq suyu şəhərdən uzaqlaşdırmağa kömək etdiyini müəyyən ediblər. Qunduzların aşağı axarda qurduğu bir neçə əlavə kiçik bənd suyun gedişatını ləngidir.