İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ölkəsi ilə Böyük Britaniya arasında beynəlxalq cinayətlər sahəsində əməkdaşlığa və korrupsiya işlərində İraq ədliyyəsinin axtardığı vəsaitlərin geri alınmasına çağırıb.
Hafta.az-ın yerli mətbuata istinadən yazdığına görə, Sudani Böyük Britaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə dövlət katibi Tom Tugendhatla görüşündə “İraq məhkəməsi tərəfindən korrupsiya, qaçaqmalçılıq, insan alveri, narkotiklərlə bağlı işlərdə axtarılan və psixotrop maddələrlə bağlı transsərhəd cinayətlərlə mübarizədə Britaniya tərəfi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Baş nazir qeyd edib ki, korrupsiya ilə mübarizə xalqın tələbidir, bu təhlükə İraqla yekunlaşmır, əksinə genişlənir və bütün dünya ölkələrini təhdid edir.
Ötən həftə İraq keçmiş kəşfiyyat rəhbərini və daha üç yüksək rütbəli əməkdaşını yerli ictimaiyyət tərəfindən “əsrin oğurluğu” kimi təsvir edilən hadisədə iştirakına görə eks baş nazir Mustafa əl-Kazıminin ofisindən uzaqlaşdırmaq üçün addımlar atıb. Həmin hadisələrdə dövlət banklarından 2,5 milyard dollar əmanət oğurlanıb.
İraqın Dürüstlük Komitəsinin sədri Hakim Haydar Hanoun İnterpolun, o vaxt Britaniya vətəndaşlığı olan keçmiş maliyyə naziri Əli Əllavinin axtarışda olan şəxslərə qarşı addımlar atdığını açıqlayıb.
Sudani İraq hökumətinin 2023-2026-cı illər üçün İraqda insan alverinə qarşı milli strategiya və 2023-2025-ci illəri əhatə edən narkotik və psixotrop maddələrlə mübarizə üzrə milli strategiya hazırladığını bildirib.
Baş nazir, hökumətinin İraq və Böyük Britaniya Daxili İşlər nazirlikləri arasında imzalanacaq birgə niyyət bəyannaməsini və anlaşma memorandumunun layihəsini alqışladığını, Londonun terror təşkilatı İŞİD-ə qarşı apardığı müharibədə Bağdada verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.